#Tarixin ən böyük hərbi cinayətlər məhkəməsi: Miloşeviç dərsi

12 fevral 2002-ci ildə Niderlandın Haaqa şəhərində fəaliyyət göstərən Keçmiş Yuqoslaviya üzrə Beynəlxalq Cinayət Tribunalında (ICTY) Miloşeviçə qarşı soyqırımı və hərbi cinayətlər üzrə məhkəmə prosesi başlayıb. "Balkan qəssabı" ləqəbi ilə tanınan Miloşeviç Bosniya, Xorvatiya və Kosovoda törədilmiş kütləvi qətliamlar və etnik təmizləmələrdə ittiham olunub. O, beynəlxalq tribunal tərəfindən ittiham edilən ilk fəaliyyətdə olan dövlət başçısı kimi tarixə düşüb.