#Azərbaycanın elmi-tədqiqat institutlarında çalışan qadın alimlər

2015-ci ildən, BMT nin qərarı ilə 11 fevral Beynəlxalq Qadın və Qızların Elmdə İştirakı günü kimi qeyd olunur. Elmdə gender bərabərliyinə diqqət çəkmək, qadın alimlərin nailiyyətlərini işıqlandırmaq və qızların elmə marağını gücləndirmək üçün bütün dünya məhz bu gün həmrəydir. Sözsüz ki, elmdə zərif cinsin nümayəndələrinin iştirakı cəmiyyələrin davamlı inkişafı üçün vacibdir. Bu bizim üçün də belədir.