#Trampın qırmızı cizgiləri nədir? Tehranla yeni danışıqlar

ABŞ vitse-prezidenti Cey di Vans bəyan edib ki, İranla hər hansı danışıqlarda "qırmızı cizgilərin" haradan keçməsinə dair yekun qərar müstəsna olaraq prezident Donald Trampa məxsusdur. Hazırda Ağ Ev daxilində İranla bağlı iki fərqli cəbhə formalaşıb. "Şahinlər" adlanan qrup Tehranın nüvə və raket potensialını darmadağın etmək üçün qətiyyətli hərbi zərbələrin tərəfdarıdır. Bu cəbhəyə Müdafiə naziri Pit Heqset və Dövlət katibi Marko Rubio başçılıq edir. Digər tərəfdə isə diplomatik yolla razılaşma əldə etməyə çalışan və hərbi gücü yalnız təzyiq vasitəsi kimi görən "Göyərçinlər" qrupu yer alır. Bu qrup prezidentin xüsusi nümayəndəsi Stiv Vitkoff və Trampın kürəkəni Cared Kuşner tərəfindən təmsil olunur.