ABŞ hərbçiləri cümə axşamı günü Sakit okeanın şərqində narkotik qaçaqmalçılığında ittiham olunan bir qayığa qarşı daha bir ölümcül zərbə endirdiklərini açıqlayıblar. ABŞ Cənub Komandanlığının verdiyi məlumata görə, Sakit okeandakı narkotrafik marşrutları ilə hərəkət edən qayıqda olan iki nəfər hücum nəticəsində həlak olub. Sosial mediada paylaşılan görüntülərdə hərəkət halında olan qayığın partlayaraq alovlandığı əks olunub.