KAAN layihəsində Səudiyyə Ərəbistanı ilə ortaq investisiya hər an reallaşa bilər. Bu sözləri Rəcəb Tayyib Ərdoğan Səudiyyə Ərəbistanı və Misirə səfərlərindən qayıdarkən təyyarədə jurnalistlərin suallarını cavablandırarkən qeyd edib. Səudiyyə Ərəbistanı ilə müdafiə sənayesi sahəsində əlaqələrin müsbət trayektoriya ilə inkişaf etdiyini bildirən Ərdoğan, xüsusilə pilotsuz uçuş aparatları sahəsində artıq bir çox müqavilələrin imzalandığını xatırladıb. KAAN layihəsinin isə sadəcə bir təyyarə deyil, Türkiyənin mühəndislik qabiliyyətinin və müstəqil müdafiə iradəsinin rəmzi olduğunu vurğulayıb.
#Türkiyə–Səudiyyə biznes forumu
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Səudiyyə Ərəbistanına səfəri çərçivəsində Ər-Riyadda "Səudiyyə Ərəbistanı-Türkiyə İnvestisiya Forumu" keçirilib. Forumda çıxış edən Türkiyənin ticarət naziri Ömer Bolat bu səfərin tarixi xarakter daşıdığını və imzalanacaq çoxsaylı müqavilələrlə iki ölkə arasındakı dostluq münasibətlərinin iqtisadi sahədə daha da möhkəmlənəcəyini bildirib.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sabah Səudiyyə Ərəbistanına rəsmi səfər edəcək. Səfər Ankara ilə Ər-Riyad arasında son illər güclənən siyasi, iqtisadi və təhlükəsizlik əməkdaşlığının daha da dərinləşdirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Ərdoğan Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda vəliəhd şahzadə və Baş nazir Məhəmməd bin Salman tərəfindən rəsmi mərasimlə qarşılanacaq.