#İranda ABŞ-la mümkün müharibə fonunda məzarlarla bağlı iddia yayılıb

İranın yarı rəsmi Mehr agentliyinin Beheşti-Zəhra qəbiristanlıq qurumuna istinadən yaydığı xəbərə görə, Tehranda mümkün İran–ABŞ müharibəsi ssenarisində həlak ola biləcək ABŞ hərbçilərinin müvəqqəti dəfni üçün təxminən 5 min məzarın hazırlandığı bildirilir. Məlumata əsasən, sözügedən məzarların ABŞ-ın İrana qarşı mümkün hərbi əməliyyatına cavab olaraq görülən qabaqlayıcı tədbirlərin tərkib hissəsi kimi dəyərləndirildiyi qeyd olunur.