#Bakıda Qafqazda ilk ürək transplantasiyasına həsr olunmuş elmi dəyirmi masa keçirilib

Bakıda “Qafqazda ilk ürək transplantasiyası: Azərbaycan səhiyyəsinin tarixi nailiyyəti və gələcək perspektivlər” mövzusunda elmi-praktiki dəyirmi masa keçirilib. Tədbirdə Azərbaycan Ürək və Damar Cərrahiyyəsi Cəmiyyətinin fəxri sədri professor Kamran Musayev, Milli Məclisin Səhiyyə komitəsinin sədri, akademik Əhliman Əmiraslanov, səhiyyə nazirinin müavini Nadir Zeynalov, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyəti sədrinin müşaviri Nelli Veysova, Orqan Donorluğu və Transplantasiya üzrə Koordinasiya Mərkəzinin rəhbəri Yeganə Abbasova çıxış ediblər.