Ötən il ölkəmizin səhiyyə tarixi üçün unudulmaz səhifə oldu. 2025-ci il səhiyyəmiz üçün qızıl dövr olaraq qalacaq. Bunu Azərbaycan Ürək və Damar Cərrahiyyəsi Cəmiyyətinin sədri, professor Kamran Musayev jurnalistlərə açıqlamasında deyib.
#Kamran Musayev
Qafqazda ilk ürək transplantasiyası Azərbaycan səhiyyəsinin tarixində mühüm mərhələ olmaqla yanaşı, ölkəmizin bu sahədə regional liderliyini bir daha təsdiqləyir. Bunu Azərbaycan Ürək və Damar Cərrahiyyəsi Cəmiyyətinin fəxri sədri, professor Kamran Musayev Bakıda keçirilən “Qafqazda ilk ürək transplantasiyası: Azərbaycan səhiyyəsinin tarixi nailiyyəti və gələcək perspektivlər” mövzusunda elmi-praktiki dəyirmi masada çıxışı zamanı səsləndirib.