#Ölən şəxsin qəza namazları və orucu: Vərəsələr nə etməlidir?

Allah təalə insanları geniş mənada ibadət etmək üçün yaratmışdır. Yəni, valideynlərə qayğı göstərmək, yoxsul insanlara əl tutmaq, insanların xeyr-şərinə yaramaq, pislikdən çəkindirmək və yaxşılığı tövsiyə etmək kimi saleh işlər görməyi əmr etmişdir. Bir də xüsusi dar mənada ibadət növləri vardır: namaz qılmaq, oruc tutmaq, zəkat vermək və həccə getmək kimi. Bilməliyik ki, Allah təalə bizə bəzi ibadət növlərini fərzi-ayn (hər bir kəsin özünün yerinə yetirməsi vacib olan əməl) kimi buyurmuşdur. Bu ibadətləri şəxsən yerinə yetiririk ki, onlar insanı paklaşdırsın, təqvalı etsin və dərəcəsini yüksəltsin.