Mikromaliyyə sektoru ilə kapital bazarı iştirakçılarını bir araya gətirən ilk investor forumu Bakıda baş tutub. Tədbir bank olmayan kredit təşkilatları ilə investorlar arasında birbaşa dialoqun qurulmasına və investisiya imkanlarının genişləndirilməsinə həsr olunub. 29 yanvar 2026-cı il tarixində Bakı Fond Birjası, Azərbaycan Kapital Bazarları Assosiasiyası və Azərbaycan Mikromaliyyə Assosiasiyasının birgə təşkilatçılığı ilə “Kapital Bazarlarına Çıxış: 1-ci İnvestor Mikromaliyyə Forumu” keçirilib.