#Dövlət idarəçiliyində kadr seçimi Yüksəliş görüşündə gündəmdə

Mentorluq Proqramı çərçivəsində növbəti görüş idarəetmə və kadr siyasəti mövzularına həsr olunub. Kənd təsərrüfatı naziri Məcnun Məmmədov Mentorluq Proqramı çərçivəsində dördüncü “Yüksəliş” müsabiqəsinin qalibləri Aslan Həsənli və Nicat Qocayevlə növbəti dəfə görüş keçirib. Görüş zamanı özəl və dövlət sektorlarında idarəetmədə tətbiq olunan metodlar, struktur dəyişikliklərin idarə olunması, eləcə də düzgün kadr seçimi məsələləri əsas müzakirə mövzuları olub.