#Azərbaycan şirkətləri Gulfood 2026 beynəlxalq sərgisində

Azərbaycanın qida və içki sənayesi məhsulları Dubayda keçirilən “Gulfood 2026” – 31-ci Beynəlxalq Qida və İçkilər Sərgisində “Made in Azerbaijan” vahid ölkə stendində nümayiş etdirilir. Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində təşkil olunan sərgidə İqtisadiyyat Nazirliyinin dəstəyi, İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin – AZPROMO-nun təşkilatçılığı ilə Azərbaycanın 22 şirkəti və “İstisu” mineral su zavodu iştirak edir. Milli stenddə qənnadı və un məmulatları, konservləşdirilmiş məhsullar, qurudulmuş və təzə meyvələr, çərəzlər, yağlar və əzmələr, alkoqolsuz içkilər, mineral sular, bal və digər ərzaq məhsulları təqdim olunur.