#Bosniya Türkiyəni ABŞ-ın əsas tərəfdaşlarından biri kimi qiymətləndirir

Bosniya və Herseqovinanın xarici siyasət prioritetləri və regional proseslər fonunda Türkiyənin artan rolu rəsmi Sarayevo tərəfindən yüksək qiymətləndirilib. Bosniya və Herseqovinanın xarici işlər naziri Elmedin Konakoviç ölkəsinin xarici siyasətinin yekunlarına həsr olunmuş illik mətbuat konfransında Türkiyənin qlobal siyasətdə “supergüc” səviyyəsinə yüksəldiyini bildirib. Onun sözlərinə görə, xüsusilə Suriya və region ətrafında baş verən hadisələr fonunda Türkiyə beynəlxalq arenada ön mövqelərə çıxıb və ABŞ-ın ən mühüm tərəfdaşlarından birinə çevrilib.