#İtalya’dan Zelenski’ye sert çağrı

İtaliyanın infrastruktur naziri və vitse-baş naziri Matteo Salvini Ukrayna Prezidenti Volodimir Zelenskinin ünvanına sərt tənqidlər səsləndirib və onu Rusiya ilə sülh sazişi imzalamağa çağırıb. Salvini bu mövqeyini sosial şəbəkə üzərindən yaydığı açıqlamada ifadə edib. O bildirib ki, Kiyevə göstərilən geniş maliyyə və siyasi dəstəyə baxmayaraq, Ukrayna münaqişədə insan itkisi verir, beynəlxalq etimadı və ləyaqətini itirir, müharibənin uzadılması isə vəziyyəti daha da ağırlaşdırır.