İqtisadiyyat nazirinin müavini Rövnəq Abdullayev Koreya Respublikası xarici işlər nazirinin siyasi məsələlər üzrə müavini xanım Chung Eui-Hae Cecilia ilə görüşüb. Görüşdə Azərbaycan ilə Koreya Respublikası arasında ikitərəfli əməkdaşlıq əlaqələrinin mövcud vəziyyəti və inkişaf perspektivləri, eləcə də Azərbaycanda fəaliyyət göstərən Koreya şirkətlərinin biznes mühiti və fəaliyyəti ilə bağlı məsələlər müzakirə olunub.