#Suriyada silahlı qruplarla bağlı yeni qərar

Suriya hökumətinin terrorçu YPG/SDQ-yə verdiyi dörd günlük atəşkəs müddəti başa çatıb. Rəsmi Dəməşq atəşkəsin uzadılması ilə bağlı yayılan iddiaları təkzib edərək, prosesin yekunlaşdığını açıqlayıb. Suriya Xarici İşlər Nazirliyinin Ərəb Ölkələri üzrə idarəsinin rəhbəri Məhəmməd Taha əl-Əhməd dövlətin rəsmi informasiya agentliyi SANA-ya bildirib ki, Haseke vilayətinin gələcəyi və YPG/SDQ-nin dövlət strukturlarına inteqrasiyası ilə bağlı verilən dörd günlük müddət uzadılmayıb. Onun sözlərinə görə, YPG/SDQ atəşkəsi uzatmaq adı ilə vaxt qazanmağa və Suriya dövlətini çətin vəziyyətdə qoymağa çalışıb.