#Mancus qızıl valyutası

İslamın Qərbi Avropa ilə münasibətlərinin qədim və dərin kökləri var. Bu əlaqələr müsəlmanların Avropa qitəsinin həm şərqinə, həm də qərbinə qədəm qoyması ilə başlamışdır. Şərqdə ilk əsrlərdə Bizanslılarla qarşıdurmalar vasitəsilə, qərbdə isə Əndəlüsün fəthi, şimala doğru irəliləyiş və Fransanın paytaxtı Parisə yaxınlaşma ilə davam etmişdir. Bu irəliləyiş "Bəlatüş-Şühəda" – Puatye döyüşü ilə dayandırılıb. Şekib Arslan özünün "Ərəblərin Fransa, İsveçrə, İtaliya və Aralıq dənizi adalarındakı fəthlərinin tarixi" kitabında sübut etmişdir ki, müsəlmanların Qərbi Avropadakı varlığı təkcə İspaniya, Portuqaliya və Fransa ilə məhdudlaşmırdı. İslamın ilk əsrlərində bu varlıq İsveçrə və İtaliyaya qədər uzanırdı. Beləliklə, Avropa bu dini və onun tərəfdarlarını erkən tanımışdı və təbii olaraq dünyanı bürüyən bu yeni sivilizasiya axınından təsirlənmişdi.