#Tövrat və Qurani-Kərimdə Hz. Adəmin yaradılışı: Oxşar və fərqli cəhətlər

Adəm kəlməsinin hansı dildən gəldiyi və hansı kökdən törədiyi mövzusu müsəlman dilçilər arasında da müzakirə edilmişdir. Dilçilərin çoxu bu kəlmənin ərəb mənşəli olduğunu, "əsmərlik" mənasını verən “əl-üdme” və ya "tip, örnək" mənasındakı “əl-ədəmə” kökündən törədildiyini müdafiə edirlər. Başqa bir görüşə görə, "bir şeyin xarici səthi" (daha çox “ədimətül-arz” şəklində “yer üzü”) mənasını verən “əl-ədimə” kəlməsindən törədilmişdir.