ABŞ prezidenti Donald Tramp Qəzza üzrə atəşkəs razılaşmasının ikinci mərhələsinin başlanması fonunda HƏMAS-a qarşı yeni və sərt tələblər irəli sürüb. Donald Tramp sosial şəbəkə paylaşımında HƏMAS-ın dərhal silahsızlanmalı olduğunu bəyan edib və qrupla bağlı hədələyici ifadələr işlədib. ABŞ prezidenti HƏMAS-dan son israilli girovun cəsədinin təxirəsalınmadan İsrailə qaytarılmasını tələb edib və silahsızlanmanın “ya asan, ya da çətin yolla” həyata keçiriləcəyini bildirib.