#Krım

Rusiya Müdafiə Nazirliyi Ukrayna Silahlı Qüvvələrinin bu səhər Krıma pilotsuz uçuş aparatları (PUA) ilə hücum etdiyini bildirib. Səhər saatlarında hava hücumundan müdafiə qüvvələri yarımada üzərində ümumilikdə 8 dronu zərərsizləşdirib.

Bir gün əvvəl, 20 avqustda, Ukrayna qüvvələrinin Krım sahillərinə desant çıxarma cəhdi də qeydə alınıb. Rusiya hərbi qurumlarının bildirdiyinə görə, Ukrayna katerlərlə yarımadaya yaxınlaşmağa çalışıb, lakin məhv edilib. Həmin əməliyyat kamikadze tipli FVP dronlarının və kəşfiyyat məqsədli PUA-ların dəstəyi ilə həyata keçirilib. Onlardan biri Türkiyə istehsalı Bayraktar olub.

Tramp görüşdən öncə Zelenskiyə ünvanladığı mesajda Ukraynanın NATO-ya qoşulmayacağını və 2014-cü ildə ilhaq edilmiş Krımın geri qaytarılmayacağını vurğulayıb. O bildirib ki, Ukrayna prezidenti istəsə, müharibəni “demək olar ki, dərhal” dayandıra bilər. Trampın bu açıqlaması Avropa liderlərinin də diqqətini çəkib. Fransa prezidenti Emmanuel Makron, Almaniya kansleri Fridrix Mers, Böyük Britaniyanın baş naziri Keir Starmer, İtaliyanın baş naziri Giorgia Meloni, Avropa Komissiyasının sədri Ursula fon der Leyen, Finlandiya prezidenti Aleksandr Stubb və NATO-nun baş katibi Mark Rutte Zelenski ilə birlikdə Vaşinqtona gəliblər. Liderlər görüşdə ABŞ-ın təhlükəsizlik zəmanətləri və Rusiyanın sülh sazişində hansı güzəştlərə gedə biləcəyi barədə müzakirələrin aparılacağını gözləyirlər.

ABŞ prezidenti Donald Tramp Ukrayna prezidenti Vladimir Zelenskini Krım məsələsindən və NATO-ya üzvlük hədəfindən əl çəkməyə çağırıb. O, bu iki mövzunun artıq gündəmdə olmadığını bildirib. Tramp Truth Social hesabında paylaşdığı açıqlamada bu gün Ağ Evdə Zelenski və Avropa liderləri ilə keçirəcəyi görüşün əhəmiyyətini vurğulayıb. O, Avropa liderləri ilə birgə sülh prosesinə dair mühüm müzakirələrin aparılacağını qeyd edib.