İtaliyanın Baş naziri Ciorcia Meloni dünən internetdə yayılan, süni intellekt tərəfindən yaradılmış şəkillərini pisləyib və "inanmazdan əvvəl yoxlayın, paylaşmazdan əvvəl inanın" çağırışını edib və qeyd edib ki, bu şəkillər onu olduqca narahat edib.
#Meloninin anime paylaşımı sosial şəbəkələrdə maraq doğurdu
İtaliyanın Baş naziri Corcia Meloni X sosial şəbəkəsində Yaponiyanın Baş naziri Sanae Takaici ilə çəkdirdiyi selfinin süni intellekt vasitəsilə hazırlanmış, anime üslublu versiyasını paylaşıb. Paylaşımda iki ölkə arasında artan yaxınlıq və dostluq mesajları ön plana çıxarılıb. Meloni paylaşımında coğrafi baxımdan bir-birindən uzaq olsalar da, getdikcə yaxınlaşan iki xalqın qarşılıqlı anlaşma və dostluq münasibətlərinə diqqət çəkib. O, Sanae Takaichi ilə münasibətləri “dostluq və qarşılıqlı anlaşma” kimi xarakterizə edib.