#Suriya ordusu PKK-nın nəzarətində olan bölgədə humanitar dəhliz açdı

Suriya Prezidenti Əhməd əş-Şaraa ölkədə yaşayan kürdlərin təhlükəsizliyinin terror təşkilatı PKK ilə əlaqə qurmaq yolu ilə təmin edilə bilməyəcəyini bəyan edib. Əhməd əş-Şara bu fikirləri Suriyanın dövlət televiziya kanalı olan “Əl-İxbariyə”yə verdiyi müsahibədə səsləndirib. Prezident bildirib ki, onilliklərdir Türkiyə ilə silahlı münaqişə yaşayan, xaricdən idarə olunan hərbi strukturun Suriyada təhlükəsizlik təminatçısı kimi təqdim edilməsi qəbuledilməzdir. Onun sözlərinə görə, Suriya öz ərazisində əlavə təhlükəsizlik problemi yaradacaq strukturlara yol verə bilməz.