#Mahmud Qəznəvini heyrətləndirən alim: Biruninin inanılmaz hekayəsi

Əbu Reyhan Məhəmməd ibn Əhməd əl-Biruni 4 sentyabr 973-cü ildə Xarəzm feodal dövlətinin paytaxtı olan Kət şəhərində anadan olmuşdur. Mənbələrə görə, Biruni etnik mənşə etibarilə müasir Xarəzm özbək türklərini təmsil edirdi. Akademik İ.M. Muminovun Biruniyə həsr etdiyi tədqiqatlarında alimin yüksək təhsil aldığı və gənc yaşlarından elmi yaradıcılıqla məşğul olduğu xüsusi vurğulanır.