#təlim

Qətər dövləti özəl sektorda yerli kadrların payını artırmaq və işçi qüvvəsinin inkişafını sürətləndirmək məqsədilə yeni mükafatlandırma proqramını işə salıb. Bu mükafatlar şirkətlər arasında rəqabəti gücləndirməklə yanaşı, Qətər vətəndaşlarının özəl sektorun müxtəlif sahələrində karyera qurmasına şərait yaradan müəssisələri stimullaşdırmağı hədəfləyir.

Özbəkistanın Səmərqənd vilayətində Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Tacikistan hərbçilərinin iştirakı ilə keçirilən çoxmillətli "Birlik - 2025" birgə regional təlimi davam edir. Bildirilib ki, ümumilikdə 3 mərhələdən ibarət təlimdə dövlət sərhədinin mühafizəsi və müdafiəsinin gücləndirilməsi, qanunsuz silahlı birləşmələrin axtarışı, lokallaşdırılması və məhv edilməsi üzrə fəaliyyətlər uğurla yerinə yetirilir.

Bu həftə Baltik ölkələrində yerləşdirilən NATO təyyarələri Estoniyanın hava məkanında təlimlər keçirəcək. Uçuşlar 8-14 sentyabr tarixlərində, yerli vaxtla saat 10:00-dan 22:00-dək planlaşdırılıb. Aşağı sürətli uçuşlar minimum 152 metr (500 fut) hündürlükdən aşağı olmayacaq. Pilotlar həmçinin müəyyən olunmuş zonalarda, hava hərəkətinin idarə olunması üzrə mülki xidmətlə razılaşdırılmaqla səsdən sürətli uçuşlar da həyata keçirə biləcəklər. Sentyabrın 8-i və 9-da saat 19:00-dan 22:00-dək Rakvere və Kadrina bölgələrində İtaliya Hərbi Hava Qüvvələrinə məxsus F-35 qırıcılarının iştirakı ilə hava hərəkəti dispetçerlərinin təlimləri keçiriləcək. Bu təlimlərin məqsədi dispetçerlərin mülki şəraitdə hava gəmiləri ilə qarşılıqlı fəaliyyət bacarıqlarını sınaqdan keçirməkdir.

"Əlilliyi olan şəxslərə sosial dəstək" İctimai Birliyi, Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyinin maliyyə dəstəyi ilə “Duruca kəndində turizmin inkişafına dəstək” layihəsi çərçivəsində Qəbələ rayonunda yaşayan sosial vəziyyəti ağır olan xanımlara əl işlərinin öyrədilməsi məqsədilə təşkil etdiyi təlimləri uğurla tamamlayıb. Bu təlimlər iştirakçılara yeni bacarıqlar qazandırmaq və onların iqtisadi müstəqilliklərini artırmaq məqsədini güdüb.

Türkiyənin Konya vilayətində keçirilən "Anadolu Qartalı - 2025" təlimi çərçivəsində uçuş həyata keçirən "ANKA-3" tipli pilotsuz uçuş aparatı (PUA) yerli vaxtla saat 19:00 radələrində təlim bölgəsinə yaxın boş əraziyə təcili eniş edib.