#Ankara Hələbdəki vəziyyəti saatbasaat izləyir – Müdafiə Nazirliyindən açıqlama

Türkiyə rəhbərliyi Hələbdə Suriya hökumət qüvvələri ilə Suriya Demokratik Qüvvələri (SDQ- PKK terror təşkilatının Suriya qolu) arasında artıq üç gündür davam edən silahlı toqquşmaların dayandırılması üçün Suriya hökumətinə dəstək verməyə hazır olduğunu bəyan edib. Bu fonda İsrail isə Hələbdə kürd azlığına qarşı hücumlarla bağlı narahatlığını ifadə edib.