Əvvəlcə qeyd edək ki, Hz. Peyğəmbərimizin (s.ə.s.) Çin ölkəsinə elçi göndərdiyinə dair etibarlı bir rəvayət mövcud deyil. Bu cür məlumatların Hz. Osman (r.a.) dövrünə aid olması ehtimal edilir. İslamdan əvvəlki dövrdə ərəblərlə çinlilər arasında ticarət mərkəzli münasibətlərin mövcud olduğu bilinsə də, İslam mənbələri bu əlaqələrin Hz. Peyğəmbərin (s.ə.s.) dövründə rəsmi səviyyəyə çatmadığını göstərir. Belə ki, Hz. Peyğəmbər müsəlmanlarla müşriklər arasında imzalanmış Hudeybiyə müqaviləsindən sonra, hicrətin altıncı ilinə, yəni miladi 628-ci ilə təsadüf edən dövrdə Bizans, Misir, Şam və Sasani İmperiyası başda olmaqla, qonşu və yaxın səkkiz ölkənin hökmdar və rəhbərlərinə İslama dəvət məqsədilə elçilər göndərmişdir.