#Honda sedan modellərə marağın azalması

Honda şirkəti qəbul etdiyi qərara əsasən Civic modelini Türkiyə üzrə rəsmi qiymət siyahısından çıxarıb. Uzun illərdir Türkiyə avtomobil bazarında satılan və geniş istifadəçi kütləsinə malik olan Honda Civic 2026-cı ildən etibarən Türkiyədə satışa təqdim olunmayacaq. Məsələ ilə bağlı açıqlama verən Honda bildirib ki, son illərdə sedan avtomobillərə marağın azalması və bazar şərtlərinin dəyişməsi bu qərarın qəbul edilməsində əsas rol oynayıb.