ABŞ-da 3 noyabr 2026-cı ildə keçiriləcək aralıq seçkilər və İsraildə 27 oktyabr 2026-cı il parlament seçkiləri Donald Tramp və Benyamin Netanyahu üçün mühüm siyasi sınaq olacaq. Hər iki liderin seçicilərdən dəstək almaq üçün fərqli mövqelər nümayiş etdirməsi diqqət çəkir. ABŞ-da Nümayəndələr Palatasının 435 deputatı, Senatın isə 100 yerindən 35-i yenidən seçiləcək. Eyni zamanda 36 ştatda qubernator seçkiləri keçiriləcək. İsraildə isə Knesset seçkiləri hökumətin gələcək istiqamətini müəyyənləşdirə bilər.
#ABŞ aralıq seçkiləri
ABŞ Prezidenti Donald Tramp ilə milyarder İlon Mask arasında 2025-ci ildə yaranan kəskin qarşıdurmadan sonra münasibətlər yenidən normallaşmağa başlayıb. Mask 2024-cü il prezident seçkiləri kampaniyasında Trampa təxminən 300 milyon dollar dəstək verib və onun ikinci prezidentlik dövrünün ilk aylarında Ağ Evdə hökumətin ixtisarı prosesində iştirak edib. Lakin tərəflər 2025-ci ilin iyununda vergi və xərclər qanunu, dövlət müqavilələri və digər məsələlərə görə açıq şəkildə qarşı-qarşıya gəliblər.
ABŞ Prezidenti Donald Tramp Respublikaçılar Partiyasının sentyabrın 9–10-da Texas ştatının Dallas şəhərində fövqəladə milli qurultay keçirəcəyini elan edib. Bu qərar ABŞ siyasi ənənəsindən kənar addım kimi qiymətləndirilir. Ölkədə partiyaların ümummilli qurultayları adətən yalnız hər dörd ildən bir keçirilən prezident seçkiləri ərəfəsində təşkil olunur. Trampın təşəbbüsü isə noyabr ayında keçiriləcək Konqresə aralıq seçkilərdən cəmi iki ay əvvəl reallaşdırılacaq.
2026-cı ildə dünya üzrə 40-dan çox ölkədə ümummilli səviyyədə seçkilər keçiriləcək. Bu ölkələrdə yaşayan insanların ümumi sayı təxminən 1,6 milyard nəfərdir. Prezident, parlament və ümumi seçkilər bir çox ölkədə daxili idarəetməni, iqtisadi kursu və beynəlxalq ittifaqları yenidən formalaşdıracaq. Mütəxəssislərin fikrincə, bu seçkilərin nəticələri dünya əhalisinin təxminən beşdə birinin gələcək siyasi istiqamətinə təsir göstərəcək. Aşağıda 2026-cı ildə aylar üzrə keçirilməsi planlaşdırılan əsas seçkilər və onların mümkün siyasi nəticələri təqdim olunur.