#Türkiyə HÜRJET ilə Avropaya çıxır: İspaniya ilə 2

Türk müdafiə sənayesi aviasiya sahəsində növbəti böyük uğuruna imza ataraq, milli reaktiv təlim təyyarəsi HÜRJET-in İspaniyaya ixracını rəsmiləşdirib. Türk Havacılıq və Uzay Sənayesi (TUSAŞ) tərəfindən istehsal olunan Türkiyənin ilk milli reaktiv təyyarəsinin İspaniya Hərbi Hava Qüvvələrinin inventarına daxil edilməsinə dair rəsmi müqavilə Madriddəki Airbus müəssisələrində keçirilən mərasimlə imzalanıb.

Türkiyənin yeni nəsil reaktiv təlim təyyarəsi HÜRJET-in İspaniyaya ixracı ilə qazanılan uğur zəncirinə yeni bir halqa əlavə olunur. Türk Aviasiya və Kosmos Sənayesi (TUSAŞ) tərəfindən hazırlanan HÜRJET təyyarələri ilə yanaşı, onun HAVELSAN tərəfindən hazırlanan "Tam Tapşırıq və Uçuş Təlim Simulyatoru" da beynəlxalq bazara çıxır.

İspaniyanın F-35 proqramı ilə bağlı qərar prosesində yaranan siyasi qeyri-müəyyənlik və Fransa-Almaniya ortaq layihəsi olan Gələcəyin Hava Döyüş Sistemi proqramında müşahidə olunan fikir ayrılıqları Madrid rəhbərliyini alternativ variantları dəyərləndirməyə vadar edib. Avropa layihəsindəki ləngimə və strateji qeyri-müəyyənlik fonunda Türkiyə ilə müdafiə sənayesi sahəsində son illərdə sürətlənən əməkdaşlıq yeni ehtimalları gündəmə gətirib. Xüsusilə Türkiyənin beşinci nəsil döyüş təyyarəsi KAAN layihəsi mümkün seçimlər sırasında göstərilir.

Türkiyənin ilk reaktiv mühərrikli təyyarəsi olan HÜRJET-in İspaniyaya ixracı ilə beynəlxalq bazarların qapısı açılıb. Hazırda bir neçə ölkə və potensial tərəfdaşla danışıqlar davam etdirilir. HÜRJET İspaniya Hərbi Hava Qüvvələrinin inventarında olan və istismar müddətini başa vuran F-5 (AE.09) təyyarələrini əvəz edəcək.

Türkiyənin milli jet təyyarəsi HÜRJET, Ərzurumda sıfırın altında 21 dərəcəyə qədər düşən dondurucu soyuq və ağır qış şəraitində keçirilən yer və yüksək irtifa performans testi fəaliyyətlərini uğurla tamamlayıb. Türkiyə Müdafiə Sənayesi Başçılığı koordinasiyasında Türk Hava və Kosmos Sənayesi (TUSAŞ) tərəfindən hazırlanmış HÜRJET-in iki prototipi testlər üçün Ərzuruma yönəldilmişdi.