#seysmik tədqiqat proqramı

Balıkesir şəhərinin Sındırgı rayonunda 4,1 maqnitudalı zəlzələ qeydə alınıb. Bu barədə Türkiyənin Fövqəladə Halların İdarəolunması Agentliyi (AFAD) X sosial media hesabında paylaşım edib. Yeraltı təkanlar bu gün saat 10:41-də baş verib. Zəlzələnin yerin təxminən 6,84 kilometr dərinliyində baş verdiyi bildirilib.

Kahramanmaraş şəhərinin Göksun rayonunda 4 maqnitudalı zəlzələ qeydə alınıb. Bu barədə Türkiyənin Fövqəladə Halların İdarəolunması Agentliyi (AFAD) X sosial media hesabında paylaşım edib. Yeraltı təkanlar bu gün saat 14:09-da baş verib. Zəlzələnin yerin təxminən 7,1 kilometr dərinliyində baş verdiyi bildirilib. Açıqlamada bildirilib ki, zəlzələ bölgədə hiss olunsa da, hazırda dağıntı və ya mənfi hal qeydə alınmayıb.

Filippinin cənub-şərqində yerləşən Bakulin bölgəsi sahillərində 6,4 bal gücündə zəlzələnin baş verdiyi bildirilib. ABŞ Geoloji Araşdırmalar Mərkəzi (USGS) Filippinin cənub-şərq sahillərində zəlzələnin qeydə alındığını açıqlayıb. Gücü 6,4 olaraq ölçülən zəlzələnin episentrinin Bakulin bölgəsindən təxminən 16 kilometr şərqdə, dənizdə yerləşdiyi qeyd olunub. Təxminən 35 kilometr dərinlikdə baş verən zəlzələ nəticəsində hələlik insan tələfatı və maddi zərər barədə məlumat verilməyib, həmçinin sunami xəbərdarlığı da edilməyib.

bp, Xəzər dənizinin Azərbaycan sektorunda Əşrəfi-Dan Ulduzu-Aypara sahəsinin kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında sazişin əsasında fəaliyyət göstərən əməliyyat şirkəti kimi elan edir ki, iş proqramı çərçivəsində Əşrəfi-Dan ulduzu-Aypara (ADUA) layihəsi üçün seysmik tədqiqat proqramına aid Ətraf mühitə təsirin qiymətləndirilməsi (ƏMTQ) sənədinin layihə variantı Podratçı Tərəflər adından hazırlanıb və dərc edilib.