#31 Dekabr- Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü

Qahirədə Misir-Azərbaycan Dostluq Mərkəzində 31 Dekabr- Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə tədbir keçirilib. Tədbirdə Azərbaycanın Misirdəki səfiri Elxan Poluxov, Dostluq Cəmiyyətinin İdarə Heyətinin sədri, diaspor rəhbəri tədqiqatçı-alim Seymur Nəsirov, Qahirədə yaşayan soydaşlarımız, Misir-Azərbaycan Dostluq Cəmiyyətindəki kurslarda Azərbaycan dilini öyrənən bir qrup tələbələr iştirak ediblər.