2026-ci ilin yanvar-mart ayında Türkiyədə Azərbaycan kapitalı ilə 65 şirkət qeydiyyata alınıb ki, bu da 2025-ci ilin eyni dövrü ilə müqayisədə 31 şirkət çoxdur. “Hesabat dövründə Türkiyədə qeydiyyata alınan Azərbaycan şirkətlərinin məcmu kapitalı 181 milyon 587 min türk lirəsi olduğu halda, 2025-ci ilin eyni dövründə bu rəqəm 34 milyon 850 min türk lirəsi təşkil edib”, – deyə TOBB-dan bildirilib.