ABŞ-nin vitse-prezidenti Cey Di Vens İsrailin Baş naziri Benyamin Netanyahunun Vaşinqtonla münasibətlərdə müəyyən səhvlərə yol verdiyini etiraf edib. Bununla yanaşı, o, İsrail liderinin ABŞ üçün mühüm tərəfdaş olaraq qaldığını vurğulayıb. Vitse-prezident bildirib ki, ABŞ və İsrail arasında strateji tərəfdaşlıq davam etsə də, iki ölkənin maraqları hər zaman üst-üstə düşmür.
#ABŞ vitse-prezidenti
ABŞ vitse-prezidenti bu gün Pakistanla bağlı kritik danışıqlarda iştirak etmək üçün səfərə yola düşür. Məlumata əsasən, səfərin əsas məqsədi regionda davam edən gərginlik fonunda aparılan danışıqlarda iştirak etməkdir. Görüşlərin konkret gündəliyi açıqlanmasa da, onların təhlükəsizlik və diplomatik məsələləri əhatə edəcəyi ehtimal olunur.
ABŞ-ın vitse-prezidenti Vensin Ohayo ştatındakı iqamətgahı ilə bağlı insidentdən sonra bir nəfər saxlanılıb, araşdırma aparılır. Media tərəfindən yayımlanan fotolarda iqamətgahın pəncərələrinin sındığı görünür. Məxfi Xidmətin sözçüsü Entoni Qulyelmi bildirib ki, şəxsiyyəti açıqlanmayan yetkin yaşlı kişi vitse-prezidentlə əlaqəli şəxsi yaşayış evinin xarici hissəsində pəncərələri sındırmaqla əmlaka ziyan vurduğu üçün saxlanılıb.
ABŞ-ın vitse-prezidenti Cey Di Vens Ukrayna ilə Rusiya arasında aparılan danışıqlarda ərazi məsələsi ilə bağlı mövqelərin daha aydın şəkildə formalaşdığını bildirib. Vens Böyük Britaniya mərkəzli UnHerd saytının yazarı Sohrab Ahmariyə verdiyi müsahibədə Rusiyanın Donetsk üzərində tam ərazi nəzarəti tələb etdiyini, Ukrayna tərəfinin isə bunu ciddi təhlükəsizlik riski kimi qiymətləndirdiyini deyib.