Türkiyənin Daxili İşlər naziri Ali Yerlikaya, ölkə üzrə yay aylarında baş verən meşə yanğınları ilə bağlı son vəziyyəti açıqlayıb.
#meşə yanğınları
Karabükün Safranbolu rayonuna yaxın Kahyalar qəsəbəsində, eləcə də Uşakın Banaz bölgəsindəki Millipark ərazisində başlayan yanğınlar da daxil olmaqla, 4 vilayətdə 5 yanğın tam nəzarət altına alınıb. Ümumilikdə son 24 saat ərzində qeydə alınan 55 yanğının hamısı söndürülüb. Hazırda soyutma işləri davam etdirilir
İstanbul şəhər rəhbərliyindən verilən yazılı açıqlamaya əsasən, İstanbulda havai fişək, işarə fişeği, məşəl və digər partlayıcı–yanıcı maddələrin satışı və istifadəsi 29 iyul – 28 oktyabr 2025-ci il tarixləri arasında qadağan edilib.
Bursanın Harmancık bölgəsində baş verən meşə yanğınını törətməkdə şübhəli bilinən 30 yaşlı Ufuk Aytekin, "qəsdən yandırma" ittihamı ilə məhkəməyə çıxarılıb və barəsində həbs qətimkan tədbiri seçilib. Yanğınlarla bağlı aparılan istintaq çərçivəsində saxlanılan Ufuk Aytekinin daha əvvəl FETÖ ilə əlaqəsinə görə haqqında hüquqi tədbirlər görülüb.
Yanğınsöndürmə xidməti böyükşəhər bələdiyyələrinin vəzifəsidir. 51 vilayətimizdə isə bu işi AFAD-la təşkil edəcəyik. AFAD bu işi ən güclü şəkildə planlayacaq.
Yanğınların çoxunun səhlənkarlıq, qəza və niyyətdən qaynaqlandığına diqqət çəkən Ülküdür, 2025-ci ildə baş verən meşə yanğınlarının yüzdə 88-nin insan səbəbli olduğunu qeyd edib.
Türkiyənin Bursa vilayətinin Orhaneli və Harmancık rayonları arasında baş verən meşə yanğınının söndürülməsi istiqamətində işlər davam etdirilir.
Türkiyənin Bursa vilayətinin Gürsu və Kestel rayonları arasında baş verən meşə yanğınlarına müdaxilə edən su tankeri sürücünün idarəetməni itirməsi nəticəsində yamaçdan aşıb.
22–27 iyul tarixləri arasında baş verən meşə yanğınları ilə bağlı jandarma tərəfindən 7 nəfər saxlanılıb. Onlardan 3-ü həbs olunub, 4 nəfər barəsində isə məhkəmə nəzarəti qərarı verilib
Türkiyənin Bursa vilayətinin Gürsu ilə Kestel rayonları arasındakı meşəlik ərazidə baş verən yanğına həm havadan, həm də qurudan müdaxilə olunur. Təxliyə edilən 1 765 nəfər evlərinə geri qayıdır.
Qlobal bir araşdırmaya görə, dünya üzrə meşələr hər dəqiqə 18 futbol meydançası böyüklüyündə ərazidə yoxa çıxır. Bu itkilərin təxminən yarısı meşə yanğınlarından qaynaqlanır.
Türkiyədə meşə yanğınlarına qarşı mübarizə məqsədilə Risk İdarəetmə Qrupu yaradılıb.