Şərqi Almaniyanın vətəndaşlarının kommunist rejimdən qaçmasının qarşısını almaq məqsədilə Berlin Divarını inşa etməsindən iki ildən artıq vaxt keçdikdən sonra Qərbi Berlinin təxminən 4 min sakininə Şərqi Berlinə keçərək qohumlarını ziyarət etməyə icazə verilib. Şərqi və Qərbi Berlin arasında əldə olunan razılaşmaya əsasən, sonradan Qərbi Berlin vətəndaşları üçün ümumilikdə 170 mindən çox keçid icazəsi verilib. Hər bir icazə sahibinə kommunist idarəçiliyi altında olan Şərqi Berlində bir günlük səfər imkanı yaradıb.