Bakıda Səhiyyə Nazirliyi Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun (ADHTİ) 90 illik yubileyinə həsr olunan Beynəlxalq Elmi-Praktik Konqres keçirilir. Konqresin açılış mərasimində səhiyyə naziri Teymur Musayev tərəfindən Prezident İlham Əliyevin konqres içtirakçılarına müraciəti oxunub.