#ikinci impiçment

18 dekabr 2019-cu ildə ABŞ Konqresinin Nümayəndələr Palatası 45-ci prezident Donald Trampın impiçmentinə səs verdi. O, səlahiyyətdən sui-istifadə və Konqresin işinə mane olmaq ittihamları ilə impiçment olunan ABŞ tarixində üçüncü prezident oldu. Səsvermə əsasən partiya xətti üzrə keçdi: 230 lehinə, 197 əleyhinə, 1 bitərəf. Proses Trampın Ukrayna prezidenti Volodimir Zelenski ilə telefon danışığı ətrafında yaranan qalmaqaldan sonra başladı. Məlumatlara görə, Tramp ABŞ-ın Ukraynaya ayırdığı maliyyə yardımını dayandırmaqla hədələyərək, Co Baydenin oğlu Hanter Baydenlə bağlı araşdırma aparılmasını istəmişdi. Ağ Ev bu iddiaları rədd etdi.