2025-ci ilin son rübündə Türkiyədə işsizlik səviyyəsi azalma nümayiş etdirib. Türkiyə Statistika Qurumunun açıqladığı 2025-ci ilin oktyabr-dekabr aylarını əhatə edən məlumatlara əsasən, işsizlik səviyyəsi əvvəlki rüblə müqayisədə 0,2 faiz azalaraq 8,2 faiz təşkil edib. Beləliklə, işsizlik göstəricisi ardıcıl olaraq 12 rübdür birrəqəmli səviyyədə qalıb. Məlumata görə, 15 və yuxarı yaşda olan əhali arasında mövsümi təsirlərdən təmizlənmiş işsizlərin sayı 58 min nəfər azalaraq 2 milyon 913 min nəfərə enib. İşsizlik səviyyəsi illik müqayisədə də 0,3 faiz bəndi azalıb.
#məşğulluq tədbirləri
Böyük Qayıdış proqramına uyğun olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi işğaldan azad olunmuş ərazilərimizə köçürülən sakinlər üçün aktiv məşğulluq tədbirlərinin təşkilini davam etdirir. Agentlik tərəfindən növbəti əmək yarmarkası Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin dəstəyi ilə Zəngilan rayonunun Ağalı kəndində təşkil olunub.