#Türk Dünyası Vizyon Sənədi

Ədalət və inkişaf partiyası (AK Parti) tərəfindən hazırlanan “Türk Dünyası Vizyon Sənədi” Türk dövlətləri arasında əməkdaşlığın institusional əsasda gücləndirilməsini və Türk Dünyasının qlobal miqyasda daha təsirli güc mərkəzinə çevrilməsini hədəfləyir. 198 səhifəlik və 14 bölmədən ibarət sənəddə qısa, orta və uzunmüddətli strateji məqsədlər müəyyənləşdirilib. Sənəd enerji, ticarət, nəqliyyat, texnologiya, rəqəmsal iqtisadiyyat, müdafiə, təhlükəsizlik, təhsil və mədəniyyət sahələrində dərin inteqrasiyanı nəzərdə tutur. Türk dövlətləri arasında ticarət həcminin 100 milyard dolları aşması, ortaq bazar və e-ticarət platformalarının yaradılması, Türkcoin adlı ortaq rəqəmsal valyuta təşəbbüsü və investisiya mexanizmlərinin genişləndirilməsi əsas iqtisadi hədəflər sırasındadır.