#Daşkəsən Dəmir Filiz MMC

“AzerGold” QSC-nin Korporativ Sosial Məsuliyyət (KSM) Komitəsinin Daşkəsən şəhərində vətəndaşlarla ilin yekunlarına dair görüşü keçirilib. Görüşdə Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Orxan Abbasov, “AzerGold” QSC-nin İdarə Heyətinin üzvü – sədr müavini, QSC-nin KSM Komitəsinin sədri Xəyyam Fərzəliyev və “AzerGold” QSC-nin İdarə Heyətinin üzvü – sədr müavini, “Daşkəsən Dəmir Filiz” MMC-nin KSM Komitəsinin sədri İlqar Cəlilov iştirak edib.

Dekabrın 12-də müasir Azərbaycan dövlətinin qurucusu, xalqımızın Ümummilli Lideri, görkəmli siyasi xadimi Heydər Əliyevin vəfatının 22-ci ildönümü ilə əlaqədar “AzerGold” QSC və onun törəmə şirkətləri - “Daşkəsən Dəmir Filiz” MMC və “AzerBlast” MMC-nin rəhbərliyi və kollektivi, eləcə də “R.V. Investment Group Services, LLC” şirkətinin nümayəndələri ilə birgə Fəxri Xiyabanı ziyarət ediblər.