#Livan

Livanın müvəqqəti baş naziri Necip Miqati ölkəsinin prioriteti İsrailin ərazisinə davam edən hücumlarını dayandırmaq və 2006-cı ildə İsrail və Hizbullah arasında müharibəyə son qoyan Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasının (BMT TŞ) 1701 saylı qətnaməsini yerinə yetirməkdir.

İsrail ordusu, Livanın paytaxtı Beyrutun cənubunda yerləşən Dahiye bölgəsinə gecə boyu genişmiqyaslı hava hücumları həyata keçirib. İsrail hərbi təyyarələri Qubeyri, Kəfaat, Seyyid Hadi Şosesi, Müctəba, köhnə hava limanı yolu, Tehvita əl-Qədir, Ruveys, Harik və Muraycih bölgələrini bombalayıb.

İsrail ordusu Livanın cənubundakı Nəbatiyyə əyalətinə hava basqın zamanı, Livandakı Hizbullah qruplaşmasına bağlı elit bir diviziya olan “Radvan Qüvvələrinin” müavini Mustafa Əhməd Şehadeni öldürüldüyünü elan edib.