#Livan

ABŞ nümayəndəsi Amos Hokşteyn Hizbullah və İsrail arasında müharibəni dayandırmaq üçün vasitəçilik səyləri çərçivəsində paytaxt Beyruta gəlib.

Livanın müvəqqəti baş naziri Necip Miqati ölkəsinin prioriteti İsrailin ərazisinə davam edən hücumlarını dayandırmaq və 2006-cı ildə İsrail və Hizbullah arasında müharibəyə son qoyan Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasının (BMT TŞ) 1701 saylı qətnaməsini yerinə yetirməkdir.