#Pakistan–Əfqanıstan münasibətləri

İran gələn həftə Pakistan ilə Əfqanıstanın Taliban hökuməti arasında növbəti vasitəçilik görüşünə ev sahibliyi etməyə hazırlaşır. Tehrandakı görüşü fərqləndirən əsas məqam regional güclər Çin və Rusiyanın iştirakının gözlənilməsidir. Bu, Pakistan–Əfqanıstan xəttində artan gərginliyin daha geniş regional stabilliyə təhdid kimi qiymətləndirildiyini göstərir.

Əfqanıstan rəsmiləri Spin Boldak rayonunda Pakistan qüvvələri ilə baş verən ağır atışma nəticəsində 4 mülki şəxsin öldüyünü açıqlayıb. Əfqanıstan Taliblərinin sözçüsü Zəbihullah Mücahid sosial şəbəkədə bildirib ki, Pakistan qüvvələri Spin Boldak istiqamətində hücuma keçib və buna cavab olaraq əfqan qüvvələri atəş açıb.