#Multikultural dəyərlər və mədəni müxtəliflik

İslam Əməkdaşlıq Təşkilatı (İƏT) və Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin tərəfdaşlığı ilə 5-11 dekabr tarixlərində paytaxtımızda keçiriləcək “İƏT Mədəniyyət Festivalı: Bakı Yaradıcı Həftə - 2025”ə həsr edilən mətbuat konfransı təşkil olunub. Beynəlxalq Muğam Mərkəzində keçirilən tədbirdə çıxış edən mədəniyyət nazirinin müavini Səadət Yusifova festivalın yalnız mədəniyyət bayramı olmadığını, eyni zamanda yaradıcı sənayelərin inkişafı, əməkdaşlıq imkanlarının genişləndirilməsi və yeni tərəfdaşlıqların qurulması baxımından mühüm platforma olduğunu bildirib. Qeyd edilib ki, festival ölkəmizin multikultural dəyərlərini, mədəni müxtəlifliyi və tolerantlıq ənənələrini dünyaya təqdim edən əhəmiyyətli nümunədir.