#White SIM nədir və niyə yalnız elita istifadə edir?

Bunun üzə çıxmasına səbəb platformanın sahibi İlon Maskın istifadəyə verdiyi yenilənmə oldu. Funksiya hər bir istifadəçinin giriş yerini avtomatik göstərməyə başlayıb və nəticədə hökumət nazirlərinin, rəsmi media fiqurlarının, siyasətçilərin və rejim tərəfdarlarının İran daxilindən “X”ə qoşulduğu ortaya çıxıb. Onların böyük hissəsi ölkədə yalnız yüksək rütbəlilərə verilən “White SIM” adlı xüsusi kartlardan istifadə edirmiş.