#Azərbaycan Könüllülərinin 8-ci Həmrəylik Forumu

Könüllülük sosial bir təşəbbüs deyil, bu – vətəndaş həmrəyliyinin, dövlətə bağlılığın ən gözəl təcəssümüdür. Bunu bu gün ədliyyə nazirinin müavini Toğrul Hüseynov “Konstitusiya və Suverenlik İli”nə həsr edilən 7-ci “Azərbaycan Könüllülük Həftəsi” çərçivəsində keçirilən Azərbaycan Könüllülərinin 8-ci Həmrəylik Forumunda çıxışı zamanı deyib.