#Rəfah keçidinin taleyi: Misir və İsrail arasında zidd açıqlamalar

Fələstin Qızıl Aypara Cəmiyyətinin sözçüsü Raid ən-Nims Rəfah sərhəd keçid məntəqəsi vasitəsilə həyata keçirilməsi planlaşdırılan üçüncü qrup xəstə və yaralıların təxliyəsinin təxirə salındığını elan edib. Sözçü mətbuata verdiyi açıqlamada Qəzza zolağının cənubundakı Xan Yunis şəhərində yerləşən Reabilitasiya Xəstəxanasından xəstələrin çıxarılması prosesinin dayandırılması barədə məlumat aldıqlarını bildirib.

Səudiyyə Ərəbistanı, Misir, İordaniya, Birləşmiş Ərəb Əmirlikləri, İndoneziya, Pakistan, Türkiyə və Qətər cümə günü yaydıqları birgə bəyanatda İsrail rəsmilərinin Rəfah sərhəd-keçid məntəqəsinin birtərəfli qaydada açılması və Qəza sakinlərinin Misirə yönləndirilməsi barədə açıqlamalarından dərin narahatlıq duyduqlarını bildiriblər.