#Küveyt investisiya təşkilatı

Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) Bəhreyn və Küyevtlə beynəlxalq tərəfdaşlıq əlaqələrinin genişləndirilməsi və qarşılıqlı investisiya imkanlarının dəyərləndirilməsini müzakirə edib. Belə ki, Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) İcraçı direktoru İsrafil Məmmədovun rəhbərlik etdiyi nümayəndə heyəti Bəhreyn Krallığına və Küveyt Dövlətinə işgüzar səfər edib. Səfərin əsas məqsədi suveren fondlar, dövlət qurumları və strateji sektorların rəhbərləri ilə keçirilən yüksək səviyyəli görüşlər vasitəsilə beynəlxalq tərəfdaşlıq əlaqələrinin genişləndirilməsi və qarşılıqlı investisiya imkanlarının dəyərləndirilməsi olub.