Kosmik diplomatiya dövlətlərin və beynəlxalq aktorların kosmosun tədqiqi, kosmik hüquq, təhlükəsizlik və elmi əməkdaşlıq sahələrində apardığı diplomatik proseslərin məcmusu kimi formalaşıb. İlk dəfə 1960-cı illərdə ABŞ və Sovet İttifaqı arasındakı kosmik rəqabət fonunda gündəmə gələn kosmik diplomatiya bu gün artıq yalnız iki böyük güc arasındakı rəqabətlə məhdudlaşmır. Kosmos dövlətlərin xarici siyasəti, təhlükəsizlik strategiyaları, iqtisadi maraqları və texnoloji inkişafında mühüm istiqamətə çevrilib.
#Türkiyənin kosmik proqramı
Türkiyənin milli kosmik şirkəti “Fərqani Space Technologies” ölkənin ilk Orbitaya Transfer Aparatını (YTA), FGN-TUG-S01 ABŞ-ın Kaliforniya ştatındakı Vandenberg Kosmik Qüvvələr Bazasından uğurla orbitə göndərib. Qeyd edilib ki, beləliklə, Türkiyə yalnız öz imkanları ilə hazırlanmış ilk YTA-sını kosmosa çıxararaq mühüm tarixi addım atıb.