Türk dövlətləri ilə xarici ticarət həcmini 100 milyard dollara çatdırmağı hədəfləyirik. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu fikirləri Ankarada keçirilən AK Partiya Türk Dünyası Vizyon Sənədinin Təqdimat Proqramında çıxışı zamanı səsləndirib. Ərdoğan bildirib ki, Türkiyənin Türk dövlətləri ilə xarici ticarət dövriyyəsinin orta müddətdə 60 milyard dollara, uzunmüddətli perspektivdə isə 100 milyard dollara çatdırılması qarşıya qoyulan əsas hədəflərdəndir.
#Azərbaycan xarici ticarət dövriyyəsi 2025
Bu ilin yanvar-oktyabr ayları ərzində Azərbaycanın Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrlə ticarət dövriyyəsi 5,909 milyard ABŞ dolları təşkil edib. Belə ki, 2025-ci ilin ilk 10 ayında Azərbaycanın Türkiyə ilə ticarət dövriyyəsi əvvəlki illə müqayisədə 7,3% azalaraq 4,8 milyard dollara, Qırğızıstanla ticarət dövriyyəsi 1,9 dəfə artaraq 66,1 milyon dollara, Qazaxıstanla ticarət dövriyyəsi 1,5 dəfə artaraq 600,3 milyon dollara, Özbəkistanla ticarət dövriyyəsi isə 2,4 dəfə artaraq 472,5 milyon dollara bərabər olub.